ABŞ Krımın ələ keçirilməsində Ukrayna prezidenti Vladimir Zelenskinin gözlədiyi yardımı verməyəcək.
Bu fikri ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skott Ritter “Judging Freedom” Yutub kanalına müsahibəsində bildirib.
“ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, Krım Kiyevin nəzarəti altında olmalıdır, bu, Ukrayna ordusu üçün qanuni hədəfdir. Amma bu sözlərin arxasında nə dayandığına baxsaq görərik ki, sözün əsl mənasında bu yalnız sözdür. Bu ritorika heç bir şəkildə vəziyyətə təsir etməyəcək” – deyə Ritter iddia edir.
Təqaüddə olan hərbçinin fikrincə, ABŞ prezidenti Co Baydenin Kiyevdə Zelenski ilə bu yaxınlarda keçirdiyi görüş Ağ Evin Kiyevin müttəfiqi kimi imicini gücləndirməyə yönəlmiş növbəti addım idi.
“Amma bu görüş ABŞ-ı heç bir addım atmağa məcbur etmir. “Birləşmiş Ştatlar sonsuz sursat ehtiyatı olan dibsiz bir quyu deyil” - deyə ekspert əlavə edib.
Ritter istisna etməyib ki, tezliklə ABŞ hakimiyyəti Tayvanda vəziyyətin gərginləşməsi ilə əlaqədar Ukraynaya hərbi yardım paketlərini yenidən nəzərdən keçirəcək.