25 Fevral 2023 21:59
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı onuncu sanksiya paketini təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan məqalədə deyilir.

Avropa İttifaqı bu paket çərçivəsində 87 fiziki və 34 hüquqi şəxsə məhdudiyyətlər qoyub. Onuncu paketin tətbiqindən sonra 1473 şəxs və 205 təşkilat Aİ-nin Rusiya əleyhinə sanksiyaları altındadır.

Xüsusilə, Aİ Alfa-Bank, Rosbank və Tinkoff Bank-a qarşı sanksiyalar tətbiq etdi.

Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqının 10-cu paketində Rusiyaya qarşı sanksiyaları qeyri-kafi hesab edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər