25 Fevral 2023 23:04
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Ceyms Soriano hesab edir ki, ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukraynada qələbəsinin yolverilməzliyi ilə bağlı sözləri Con Kennedinin təməlini qoyduğu Amerika xarici siyasətinin prinsiplərinə ziddir.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Soriano bu barədə "American Thinker" nəşrinə yazdığı məqalədə qeyd edib.

O xatırladıb ki, Kennedi 1963-cü ildə etdiyi məşhur çıxışında bildirib ki, ABŞ nüvə silahına malik olan ölkələrlə hər hansı qarşıdurmanın qarşısını almalıdır. Bunun nəticəsində nüvə silahından istifadə riski sıfıra ensin.

“Kennedinin 47 yaşı var idi ki, o, Amerikanın digər nüvə gücləri ilə gələcək münasibətlərini idarə edəcək şəxslərə bu müdrik məsləhəti verirdi. Bu gün indiki ABŞ administrasiyasının Rusiyaya münasibətdə rəhbər tutduğu prinsip bu deyil. Prezident Bayden Kennedinin prinsiplərinə xəyanət etdi" -deyə Soriano bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər