26 Fevral 2023 08:05
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin xilasediciləri fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən zərər çəkən Türkiyədə missiyasını başa vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Onlar xüsusi çarter reysi ilə vətənə qayıdıblar.

Tbilisi Beynəlxalq Hava Limanında xilasediciləri daxili işlər nazirinin müavini İoseb Çelidze, fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Teymuraz Mqebrişvili və Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay qarşılayıb və humanitar əməliyyatın iştirakçılarına missiya zamanı göstərdikləri fədakarlıqlara görə təşəkkür ediblər.

Xilasetmə texnikası və ləvazimatları olan xilasedicilərin bir qismi quru yolu ilə vətənə qayıdacaq.

Məlumata görə, zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərində ümumilikdə 200-ə yaxın xilasedici iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər