27 Fevral 2023 00:27
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada həyatı və insanları məhv etməkdə Rusiyaya yardım edən və ya bu işdə iştirak edənlərə qarşı sanksiyalarla bağlı yeni qərarlar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 26-da axşam videomüraciətində bildirib.

Bazar günü Ukrayna lideri Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarlarını həyata keçirmək üçün üç fərman imzalayıb.

“Bu sanksiyalar Ukraynalı uşaqların oğurlanmasında əli olan rusiyalılara qarşı, idmanı təcavüzün xidmətinə verməyə çalışan Rusiya idman sektorunun nümayəndələrinə qarşı, Ukrayna ilə müharibə üçün Rusiyada muzdlu strukturların saxlanmasına kömək edənlərə qarşı yönəlib”, - deyə Zelenski izah edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər