27 Fevral 2023 10:23
2 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif “Altılıq Masası” bloku martın 2-də “Prezidentliyə namizəd” mövzusu ilə bağlı toplanacaq.

Teleqraf.com xəbər verir ki, bloka daxil olan altı partiyanın lideri ilk dəfə konkret isimlər üzrə namizədlik məsələsini müzakirə edəcək.

Toplantıdan əvvəl birliyə daxil olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Divanı partiya adından namizədi irəli sürmək üçün tam səlahiyyəti sədr Kamal Kılıçdaroğluna verib. Bu barədə CHP sözçüsü Faiq Öztrak məlumat verib.

Oxşar icazə qərarının blokda təmsil olunan İYİ Partiyadan da gələcəyi gözlənilir. Bundan əvvəl Səadət, DEVA, Gələcək və Demokrat partiyalarının müvafiq qurumları öz sədrlərinə namizəd irəli sürmək üçün tam səlahiyyət vermişdilər.

Müxalifətin vahid namizədi məsələsinə gəldikdə, kulisdə diqqətçəkən isim CHP sədri Kamal Kılıçdaroğludur. Demokrat partiyasının sədri Gültəkin Uysal CHP liderini “ən doğru namizəd” olaraq gördüklərini açıqlayıb.

İYİ Partiya isə prosesin əvvəlindən “qalib gələ biləcək namizəd” fikrini müdafiə edir.

Səadət partiyasının sədri Təməl Karamollaoğlu müzakirələrdə üç ismin gündəmə gəldiyini deyib. Onun sözlərinə görə, bu şəxslər Kılıçdaroğlu ilə yanaşı, İstanbul və Ankara şəhərlərinin bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər