Dünən axşam saat 19.45-də (Bakı vaxtı ilə 21:45) Lvovda naməlum şəxslər şəhər meri Andrey Sadavoyun evini atəşə tutublar.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, hadisə nəticəsində zərərçəkən yoxdur. Hadisə zamanı şəhər meri Karpatda - "Bukovel" qış kurortunda olub.
Evin qapı və pəncərələri sındırılıb, divarlardan biri zədələnib.
Son yarım il ərzində ikinci dəfədir ki, merin yaşadığı ev atəşə məruz alır. Bu ilin iyulunda onun evinə qranatamyotdan atəş açılmışdı. O zaman da xoşbəxtlikdən merin ailəsi evdə olmamışdı.
Faktla bağlı araşdırma aparılır.
Nihad