27 Fevral 2023 13:08
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

İYİ Partiyadan sonra Türkiyənin sabiq xarici işlər naziri, Gələcək partiyasının sədri Əhməd Davudoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna etiraz edib.

Teleqraf.com xəbər verir ki, sabiq nazir müxalifətin “Altılıq Masası” blokunun bir nəfərin siyasi ambisiyaları üçün qurulmadığını deyib.

“Altılıq Masası”nı bir nəfərin prezident olması üçün qurmamışıq. Əgər “Altılıq Masası”nı qurulubsa, bunu hər birimizin ehtiyacımız olduğu üçün etmişik”, - Davudoğlu bildirib.

İYİ Partiyanın sədri Maral Akşənər ötən gün verdiyi açıqlamada CHP-nin mövqeyini sərt şəkildə tənqid edib. Kılıçdaroğlu ilə Akşənər arasındakı namizədlik mübahisəsi tez-tez gündəmə gəlir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər