İsraildə terrorçulara ölüm cəzasını nəzərdə tutan qanun layihəsi təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahu açıqlama verib.
“Qanunvericilik Məsələləri üzrə Nazirlər Komitəsində nazir İtamar Ben-Qvirlə terrorçular üçün ölüm cəzasını nəzərdə tutan qanun layihəsini təsdiqlədik”, - baş nazir bildirib.
Netanyahu İsrailin terrorizmlə mübarizəsinin bundan sonra da davam edəcəyini deyib.
Qanun layihəsi İsrail parlamentində (Knessetdə) keçiriləcək hər üç səsvermədə qəbul olunsa və qüvvəyə minsə, İsrail vətəndaşlarına qarşı terror cinayətləri törədənlər ölüm cəzasına məhkum edilə bilər.