Rusiya Mariupolun Ukrayna qoşunlarının məhv edilməsi zonasından kənarda olduğuna inanırdı. Məhz buna görə də şəhərdə baş verən son partlayışlar işğalçıların narahatlığına səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya hərbi kəşfiyyatı tərəfindən Ukraynadakı müharibə ilə bağlı ənənəvi gündəlik hesabatda paylaşılıb.
Mütəxəssislərin qeyd etdiyi kimi, fevralın 21-dən bəri Rusiyapərəst şəxslər müvəqqəti ələ keçirilən Mariupol və onun ətrafında 14 partlayışın baş verdiyini bildiriblər. Zərbələr hava limanındakı sursat anbarını, iki yanacaq anbarını və baza kimi istifadə edilən metallurgiya zavodunu hədəf alıb.
"Mariupol cəbhə xəttindən ən azı 80 km aralıdadır. Rusiya çox güman ki, əvvəllər Ukraynanın adi zərbə imkanlarından kənarda kimi qiymətləndirdiyi ərazidə izah oluna bilməyən partlayışların baş verməsindən narahatdır".
Qeyd edək ki, Mariupol 2022-ci ildə Rusiya tərəfindən tutulan ən böyük şəhərdir və hələ də ona nəzarət edir. Şəhər əsas logistika marşrutu üzərində yerləşir.