27 Fevral 2023 17:25
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Baş naziri Denis Şmıqal digər nazirlər və Prezident Vladimir Zelenskinin niyə həmişə zeytun yaşılı köynək və ya hərbi forma geyinmələrinin səbəbini izah edib.

Teleqraf.com xəbər verir ki, “German Focus” nəşrinə müsahibə verən nazir bunu “müharibə dövrünün diplomatik proseduru” adlandırıb.

“Bu geyimlər bizi vətənimiz üçün canından keçən qız və oğlanlarla birləşdirir. Bu formanı müharibənin sonuna qədər geyinəcəyik. Bu, Ukraynanın döyüşdüyünü və döyüşməyə davam edəcəyini simvollaşdırır. Ölkəniz forma geyinib, varlığı uğrunda mübarizə apararkən kostyum geyinib qalstuk taxmaq mümkün deyil”, - Şmıqal bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər