Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Mustafa Elitaş prezident və parlament seçkiləri ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, AKP rəsmisi seçkilərin təxirə salınmayacağını açıqlayıb.
“Seçkilərin təxirə salınmasından söhbət gedə bilməz”, - Elitaş bildirib.
Uzun müddətdir seçkilərin ertələnəcəyi müzakirə mövzusu idi.
Türkiyədə parlament və prezident seçkilərinin mayın 14-də keçirilməsi gözlənilir.