Rusiya Kiyevdəki elektron kəşfiyyat və Xmelnitskidəki Ukrayna ordusuna məxsus xüsusi əməliyyat mərkəzini vurub.
Teleqraf.com xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib.
“Kiyev vilayətindəki Brovarıda Ukrayna Silahlı Qüvvələrinin elektron kəşfiyyat mərkəzi, Xmelnitski şəhəri yaxınlığında “Qərb” xüsusi əməliyyat mərkəzi məhv edilib”, - Konaşenkov