27 Dekabr 2014 03:00
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela prezidenti Nikolas Maduro dünən Delsi Rodrigesi ölkənin xarici işlər naziri təyin edib.

Teleqraf.com-un xəbərinə görə, Delsi Rodriges Venesuela XİN-ə rəhbər təyin edilən ilk qadındır. Onun təyinatına qədər nazir olan Rafael Ramires isə bundan sonra ölkəni BMT-də təmsil edəcək.

44 yaşlı Delsi Rodriges vəkildir. 2006-cı ildə - Uqo Çavesin vaxtinda o, Prezident Administrasiyasının rəhbəri olub. Onun nazir postuna təyinatı çox gözlənilməz olub. Belə ki, ondan əvvəl bu postu tutan Rafael Ramires cəmi bir neçə ay qabaq - sentyabrda nazir təyin olunmuşdu.

Nihad


Müəllif:

Oxşar xəbərlər