İllərdir koronavirusla mübarizə aparan dünya ABŞ-dan gələn xəbərlə sarsılıb. ABŞ koronavirusun mənşəyi ilə bağlı yekun nəticəyə gəlib.
Teleqraf.com xəbər verir ki, Wall Street Journal (WSJ) ABŞ Energetika Nazirliyinin koronavirusun mənşəyi ilə bağlı qənaətə gəldiyini açıqlayıb.
Nəşr qeyd edir ki, Energetika Nazirliyi COVID-19 pandemiyasının laboratoriya sızmasının böyük ehtimal mənbəyi sayır.
“Daily Mail” qəzeti bildirir ki, ABŞ-ın müxtəlif qurumları arasında COVID-19-un mənşəyi ilə bağlı konsensus yoxdur.
“Hazırda ABŞ hökumətində bunun tam olaraq necə başladığına dair konsensus yoxdur”, - Ağ Evin rəsmisi Con Kirbi bildirib.
Energetika Departamentinin Vuhandakı laboratoriya sızmasının COVID-19-un mənbəyi kimi göstərilməsindən sonra tənqidlərə məruz qalan Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, yoluxucu xəstəliklər üzrə mütəxəssis Entoni Fauçini müdafiə edib.
ABŞ-ın Çindəki səfiri Nikolas Burns Çinin COVID-19-un mənşəyi ilə bağlı daha dürüst olmasının vacibliyini bildirib: “Çin üç il əvvəl Vuhanda baş verənlər və COVID-19 böhranının mənşəyi haqqında daha dürüst olmalıdır”.
ABŞ-ın müxtəlif qurumları bu məsələ ilə bağlı indiyədək fərqli nəticələrə gəliblər. 2021-ci ildə Federal Təhqiqat Bürosu (FTB) virusun laboratoriyada yarandığını sayırdı. Bəzi araşdırmalar virusun Vuhandakı heyvan bazarında heyvanlardan insanlara keçdiyi qənaətinə gəlmişdi.