Qüdsün şərqindəki əl-İsavi bölgəsində İsrail polisi məktəb avtobusundan enən 5 yaşlı Fələstinli uşağa yaxın məsafədən atəş açıb.
Publika.az-ın məlumatına görə, plastik mərmi ilə vurulan Məhəmməd Camal Ubeydin əməliyyata alındığı və vəziyyətinin yaxşı olduğu bildirilir. Həkimlərin açıqlamasına görə, uşağın almacıq sümüyü qırılıb.
"O daha 5 yaşında günahsız bir uşaqdı. Əlində tüfəngi bir kənara, telefonu belə yoxdur. Bu rəsmən irqçilikdi. Fələstinli olduğumuz üçün bizdən nifrət edirlər və öldürmək istəyirlər", Məhəmmədin atası Russia Todayə açıqlamasında bildirib.