Malaziyada güclü yağışlar təbbi fəlakətə səbəb olub.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, Kelantan, Pahang, Johor, Perak, Terengganu bölgələrində sel həyatı iflic edib. Ən azı 132 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Malaziya baş naziri Nayib Razakın bu gün bölgəyə baş çəkəcəyi gözlənilir. Meteoroqlar çaylardakı suyun həcminin artması ilə əlaqədar daşqın təhlükəsini istisna etməyib.
Samir