1 Mart 2023 10:51
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük ehtimalla koronavirus Çin hökumətinin nəzarətində olan laboratoriyadan sızıb”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey deyib.

Direktor əlavə edib ki, bu, FTB-nin rəyidir: “FTB bir müddətdir ki, pandemiyanın laboratoriya ilə əlaqəli bir hadisə nəticəsində başladığını düşünürdü. Çin pandemiyanın mənşəyini dəqiqləşdirmək və faktları gizlətmək cəhdlərinin qarşısını almaq üçün əlindən gələni edir. Bu, bizim hamımız üçün çox təəssüf doğurur”.

Beləliklə, FTB pandemiyanın başlanğıcından bəri ilk dəfə olaraq virusun mənşəyi ilə bağlı fikirlərini açıqlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər