ABŞ Avropaya “Qiyamət günü” təyyarəsi göndərib. Təyyarə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının cavabdeh olduğu ərazidə əməliyyat keçirir.
Teleqraf.com xəbər verir ki, E-6B Merkuri fevralın 28-də Avropaya enib.
“ABŞ Hərbi Dəniz Qüvvələrinə aid E-6B Merkuri təyyarəsi Avropa Komandanlığının məsuliyyət zonasında fəaliyyət göstərən İslandiyaya gəlib”, - ABŞ Qüvvələr Avropa Komandanlığı Tvitter hesabında yazıb.
Qeyd edək ki, E-6B Merkuri Amerika hərbi strateji komandanlıq və nəzarət təyyarəsidir. Bu, qitələrarası ballistik raketlərin daşıyıcısı olan strateji nüvə raketləri ilə əlaqə üçün nəzərdə tutulub. Söhbət hər biri nüvə başlıqlı 24-ə qədər Trident II D5 raketi daşıya bilən Ohayo sinifli sualtı qayıqlardan gedir.