1 Mart 2023 12:40
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail xarici işlər naziri Eli Koen “xərçəng” adlandırdığı İrana qarşı hərbi əməliyyatların nəzərdən keçirildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Berlində Almaniya xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransı zamanı bildirib.

“İran xərçəng kimidir. “Həmas”ı, “İslami Cihad”ı və Hizbullahı maliyyələşdirir”, - Koen bildirib.

Nazir sanksiyaların problemin həlli variantlarından biri olduğunu deyərək, qeyd edib ki, İsrail ikinci variant kimi hərbi müdaxiləni nəzərdən keçirir.

“İkincisi, bizim masada təcili hərbi variant da var. Kəşfiyyat orqanlarımıza və əldə etdiyimiz məlumata görə, indi bu iki addımı atmaq üçün doğru zamandır”, - Koen vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər