1 Mart 2023 15:01
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva qubernatoru Andrey Vorobyov paytaxt Moskva yaxınlığında Ukraynaya məxsus Pilotsuz Uçuş Aparatının (PUA) vurulduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi də bir neçə saat əvvəl ölkənin cənubunda iki PUA-nın vurulduğunu açıqlayıb.

Qubernator Vorobyov bildirib ki, pilotsuz təyyarə mülki infrastrukturu hədəf almağa cəhd edə bilər.

Bu günə qədər Ukrayna Rusiya daxilində hər hansı hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Maraqlıdır ki, Moskva yaxınlığında vurulan PUA-nın uçduğu hissədə Rusiyanın enerji nəhəngi “Qazprom”un obyekti yerləşir. “Qazprom” bu hadisədən onun obyektlərinə təsir etmədiyini bildirib.

Rusiya mətbuatı vurulan PUA-nın meşəyə düşdüyünü bildirib. PUA Ukrayna istehsalçısı “Ukrjet” tərəfindən istehsal olunan UJ-22 modeli ilə uyğun gəlir.


Müəllif: Nemət

Oxşar xəbərlər