Yunanıstanın İnfrastruktur və Nəqliyyat naziri Kostas Karamanlis çərşənbə günü Larissa şəhəri yaxınlığında azı 40 nəfərin ölümü ilə nəticələnən sərnişin qatarının qəzaya uğramasından sonra istefa verdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bunu 'ədalətsiz şəkildə həyatdan köçən insanların xatirəsinə hörmətin minimal əlaməti" kimi qiymətləndirib.
Nazir Yunanıstan dövlətinin və hakim siyasi partiyanın səhvlərinə görə məsuliyyəti üzərinə götürməyi özünə borc bildiyini qeyd edib.