Ukrayna Müdafiə Qüvvələri son 24 saatda rus ordusunun 170-dən çox hücumunu dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmən əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətlərində hücum əməliyyatlarının aparılmasına cəmləşdirir. Son sutka ərzində müdafiəçilərimiz bu istiqamətlərdə düşmənin 170-dən çox hücumunu dəf edib. Eyni zamanda, ümumilikdə rus işğalçıları Xarkov, Poltava və Donetsk vilayətlərindəki mülki hədəflərə 14 raket zərbəsi endirib”, - əməliyyat məlumatında bildirilib.
Mülki əhali arasında yaralananlar var, yaşayış binalarına və fərdi yaşayış evlərinə ziyan dəyib.
Volın, Polesski, Seversky və Slobozhansky istiqamətlərində düşmən hücum qruplarının formalaşması aşkar edilməyib.