ABŞ-ın Kaliforniya əyalətində davam edən qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib.
Teleqraf.com xəbər verir ki, Kaliforniya qubernatoru Gavin Nevsom qar fırtınası ilə mübarizədə təcili əməliyyatları dəstəkləməyə hazır olmaq üçün milli mühafizəçilər təyin etdiyini açıqlayıb.
Ölkədəki hava şəraitinin ağır olduğunu bildirən bir vətəndaş 1,5 metrdən çox qar yağan Kaliforniyanın San Bernandino rayonunda bir qrup adamın “tələyə” düşdüyünü qeyd edib.
Meteoroloq mütəxəssisləri ölkənin şimal bölgələrindəki qış şəraitinin 8-10 gün davam edəcəyini, Arizona və Texasda da anoloji durumun yarana biləcəyinə dair xəbərdarlıq edib.