Əfqanıstan təhlükəsizlik qüvvələri “Taliban” terror təşkilatına qarşı antiterror əməliyyatlarını davam etdirir.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, rəsmilər hücumlar zamanı aralarında Taliban komandiri Kari Mufti olmaqla 35 talibin öldürüldüyünü, bir terrorçunun yaralandığını və 5-nin sağ ələ keçirildiyini bildiriblər.
Əfqanıstan Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada əməliyyatların Kapisa, Helmand, Meydan Vardan və Kunar vilayətlərində reallaşdırıldığı qeyd edilib.
Həmçinin əməliyyatlar zamanı 62 kiloqram partlayıcı maddə, 128 ədə bomba və çoxlu sayda silah sursat ələ keçirilib.
Samir