Ukrayna qoşunları beş istiqamətdə 85-dən çox rus hücumunu dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Kupyanski, Limanski, Baxmut, Avdevski istiqamətlərində döyüşçülərimiz 85-dən çox düşmən hücumunu dəf edib”,- məlumatında deyilir.
Ruslar Baxmut şəhərinə güclü hücumları dayandırmırlar.
“Müdafiə qüvvələri Orexovo-Vasilyevka, Dubovo-Vasilyevka, Qriqorovka, Boqdanovka və Baxmutda hücumları geri oturdub”, - xəbərdə vurğulanır.
Bildirilir ki, Kupyanski və Limanski istiqamətlərində düşmən uğursuzluğa uğrayıb. Zaporojye və Xerson istiqamətlərində isə döyüşlər davam edir.