27 Dekabr 2014 13:24
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Əfqanıstanla sərhədində yerli qüvvələrlə terrorçular arasında toqquşmalar baş verib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, əməliyyatlar zamanı təxminən 40 döyüşçünün öldürlüdüyü bildirilir. Əsasən havadan aparılan hücumların Şimali Vəziristan əyalətində baş tutduğu açıqlanıb.

Pakistan Silahlı Qüvvələrindən verilən məlumata görə, terrorçular arasında “Əl-Qaidə”, “Taliban”, “Şərqi Türküstan İslam Hərəkatı” və “Özbəkistan İslam Hərəkatı” terror qruplarında döyüşən şəxlər olub.

Samir


Müəllif: