Son zamanlarda Cümhur İttifaqına (AKP-MHP) qoşulacağı deyilən Türkiyənin müxalif Rifah Partiyası prezidentliyə namizədini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, partiyadan verilən açıqlamada namizədin sözügedən siyasi təşkilatın sədri Fatih Ərbakan olduğu bildirilib.
Ötən ilin aprelində “Seçki ikinci tura qalarsa, Ərdoğanı dəstəkləyəcəyik” söyləyərək müzakirələrə yol açan Ərbakan sonra belə demişdi:
“Ərdoğanla Kılıçdaroğlu qalarsa” demişdik, amma başımıza gəlməyən qalmadı. O qədər ciddi təpkilər oldu ki, təəccübləndik. Məsələn, xüsusilə Konyada bu açıqlamadan narahat olanlar oldu. Bu məsələ ilə bağlı partiyamızda müəyyən qədər narahatlıq var. Elə bir nöqtəyə gəlmişik ki, deyəcək sözümüz olsa belə, Tayyib Ərdoğanı dəstəkləməyəcəyik”.