Nigeriyanın cənubunda boru kəmərindən qeyri-qanuni neft nəqli zamanı baş vermiş partlayış nəticəsində ən azı 12 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bunu Rivers ştatının Polis idarəsinin sözçüsü Qreys İrinqe-Koko deyib.
"Biz bilirik ki, partlayış neft boru kəmərindəki oğurluqla bağlıdır. Partlayışdan sonra bir saatdan çox davam edən yanğın baş verib”, - o bildirib.