Avropa İttifaqı (Aİ) Pekinin Moskvanı silahla təmin etdiyinə dair dəlil taparsa, bu ölkəyə sanksiyalar tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters“ Aİ institutlarındakı mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Aİ-nin yüksək rütbəli rəsmisi bildirib ki, Çindən Rusiyaya silah tədarükünün təsdiqlənməsi mütləq qırmızı xətt olacaq. Bundan sonra Avropa Birliyi sanksiyalarla cavab verəcək.