5 Mart 2023 00:40
2 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“RPQ-16 qumbaraatanları Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin arsenalında görünməyə başlayıb. Bu, çox köhnə və müasir tanklarla döyüşmək qabiliyyəti olmayan silahdır”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

O qeyd edib ki, bu qumbaraatanlar 1970-ci illərə aiddir, desant və xüsusi təyinatlı bölmələrin istifadəsi üçün nəzərdə tutulub. Ancaq silah effektliliyinin zəif olması səbəbindən tələbləri ödəyə bilmədiyi üçün istehsalı dayandırılıb və rus ordusunun arsenalından çıxarılıb.

“Rusiyanın resursları və ehtiyatları o qədər tükənmiş kimi görünür ki, çoxdan unudulmuş RPQ-16-ları anbarlardan çıxarmağa başlayıb”, - Kovalenko söyləyib

Ekspert qeyd edib ki, RPQ-16-lar atəş nöqtələrinə qarşı istifadə edildikdə müəyyən qədər effektli olsa da, müasir tanklara qarşı tamamilə yararsızdır:

“Xüsusilə “Leopard 2”-nin cəbhədə görünməsi perspektivindən danışırıqsa, bu, ağcaqanadın fili dişləməsinə bənzəyir”.

Ukrayna ordusunun Baş Qərargahının məlumatına görə, tammiqyaslı işğalın başlanğıcından bəri Rusiya ordusu Ukraynada 3400-dən çox tank, 6700 zirehli və 5300 digər tipli texnika, eləcə də 2400 lüləli artilleriya itirib. Piyadalar üçün nəzərdə tutulmuş silah-sursat itkilərinin hesabatı isə aparılmayıb.

İngiltərə kəşfiyyatı iddia edir ki, Rusiya hərbi sənayesi ciddi həcmdə müasir silah istehsal etmək iqtidarında deyil.

Fəlakətli silah çatışmazlığı fonunda Dövlət Dumasının hərbi komitəsinin rəhbəri rusiyalı iş adamlarına öz müəssisələrini Ukraynanın pilotsuz təyyarələrinin zərbələrindən qorumaq üçün müstəqil şəkildə hava hücumundan müdafiə sistemləri almağı tövsiyə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər