Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Çavuşoğlu tviterdə məlumat yayıb.
BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransında iştirak etmək üçün Qətərdə səfərdə olan türkiyəli diplomat zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkür edib:
“Əminə xanım Ərdoğanın başlatdığı “Sıfır tullantı” təşəbbüsümüzü, Ukraynadakı durumu və İstanbul taxıl sazişini müzakirə etdik”.