“Optimar” Araşdırmalar Mərkəzi Türkiyənin 26 vilayətində 2000 nəfər arasında qarşıdakı prezident və parlament seçkiləri ilə əlaqədar soğru keçirib.
Teleqraf.com xəbər verir ki, sorğuda respondentlərə “Bu gün seçki olsaydı, hansı partiyaya səs verərdiniz” sualı ünvanlanıb.
Partiyalar arasındakı səs nisbəti aşağıdakı kimidir:
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) - 40 faiz
Cümhuriyyət Xalq Partiyası (CHP) – 25.7 faiz
İYİ Partiya – 10.1 faiz
Xalqların Demokratik Partiyası (HDP) – 9.6 faiz
Millətçi Hərəkat Partiyası (MHP) – 7.1 faiz
Məmləkət Partiyası – 1.7 faiz
Yenidən Rifah Partiyası – 1.2 faiz
Səadət Partiyası – 1.2 faiz
Digər partiyaların səs nisbətləri 1 faizdən aşağıdır.
Prezidentliyə namizədlər arasında da vəziyyət fərqli deyil:
Prezident Rəcəb Tayyib Ərdoğan – 43.2 faiz
CHP lideri Kamal Kılıçdaroğlu – 13.5 faiz
Ankara bələdiyyəsinin sədri Mansur Yavaş - 11.8 faiz
İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 7.4 faiz