Polis əməkdaşları Pakistanın keçmiş baş naziri və müxalifətdə olan “Ədalət Uğrunda Hərəkat” partiyasının sədri İmran Xanı həbs etmək üçün siyaşətçinin Lahor şəhərindəki (Pəncab əyaləti) iqamətgahına gəlib.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Dawn" qəzeti xəbər verib.
Məlumata əsasən, İslamabadın hüquq-mühafizə orqanlarının əməkdaşları Pəncab əyalətindən olan həmkarları ilə birlikdə sabiq baş nazirin “məhkəmə iclaslarında daim iştirak etməməsi səbəbindən onu həbs etmək” üçün onun iqamətgahına gediblər.
Qeyd olunub ki, polis siyasətçini çöl tərəfdən gözləyir.