5 Mart 2023 22:12
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya ordusunun Xüsusi Hava Qüvvələrinin üzvlərinə təhlükəsizlik səbəbilə iş telefonlarında Çinin “TikTok” sosial şəbəkəsindən istifadə qadağan edilib.

Teleqraf.com xəbər verir ki, tətbiqin Çin və Rusiyanın xüsusi xidmətlərinə məlumat ötürə biləcəyindən ehtiyat edildiyi üçün hərbi qulluqçulara şəxsi smartfonlardan “TikTok”a daxil olmaq tövsiyə edilmir.

Bildirilir ki, əvvəllər bu sosial şəbəkədən hərbi şəraitdə istifadəyə qadağalar ABŞ, Kanada və bir sıra Aİ ölkələrinin hakimiyyət orqanları tərəfindən tətbiq edilib.

Qeyd edək ki, qısa videoları yükləməyə imkan verən “TikTok” 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi Çinin “ByteDance” texnologiya şirkətidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər