6 Mart 2023 00:28
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə Almaniyadan Ukraynaya yardımın ümumi məbləği təxminən 14 milyard avro təşkil edib ki, bu da onu kontinental Avropada Kiyevə ən böyük donor edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri CNN telekanalına müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.

“Biz Ukraynanı silah və lazımi maliyyə yardımı ilə təmin edirik. Biz kontinental Avropada Ukraynaya ən böyük donor olduq. Bu və ya digər şəkildə biz ötən il Ukraynaya 14 milyard avro verdik və bundan sonra da verəcəyik”, - deyə Almaniya kansleri qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər