İYİ partiya sədri Maral Akşənər ötən həftə Cümhuriyyət Xalq partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyinə etiraz edərək, Türkiyə müxalifətinin “Altılıq Masası” blokundan çıxmışdı.
Teleqraf.com xəbər verir ki, İYİ Partiyanın bundan sonra hansı yol xəritəsini izləyəcəyi müzakirə olunarkən, sözügedən siyasi təşkilatdan diqqətçəkən açıqlama gəlib.
İYİ partiya sədrinin baş müşaviri Turxan Çöməz seçkilərin mümkün ikinci turunda Prezident Rəcəb Tayyib Ərdoğan və Kılıçdaroğlu arasında yarış olacağı təqdirdə hansı qərarı verəcəkləri ilə bağlı sualı belə cavablandırıb:
“Siyasət həll sənətidir, nəticə tələb edir. Biz vahid güclü namizədlə Ərdoğan rejimini devirməyə davam etmək istəyirik. “Masa”nın bir ara formulla birlikdə davam etməsi demokratiya üçün vacibdir. Seçki ikinci tura keçsə, bütün dəstəyimizi Ərdoğan əleyhinə verəcəyik”.