6 Mart 2023 21:13
5 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynanın müttəfiqlərinin Kiyevə uzaqmənzilli raketlər verərək cavab addımı atacağından ehtiyat etdiyi üçün İrandan ballistik raketlər almaqdan çəkinir”.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Financial Times” qəzeti rəsmi mənbələrə istinadən yazır.

Bununla belə, nəşr qeyd edir ki, Tehran Moskva ilə gələcək hərbi əməkdaşlığa açıqdır.

NATO ölkələrinin hesablamalarına görə, Rusiyanın uzaqmənzilli İran raketlərini almaqdan çəkinməsinin vacib amillərindən biri ABŞ-ın Kiyevə Rusiyanın dərinliklərinə zərbələr endirməyə imkan verəcək 300 km mənzilli ATACMS sistemi verə biləcəyi ilə təhdid etməsidir.

ABŞ son vaxtlar Rusiya-İran hərbi əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı tədbirlərini gücləndirib, avropalı diplomatlar isə Tehrandan narahat olduqlarını bildirirlər. ABŞ-ın NATO-dakı səfiri Yulianna Smit deyib ki, Qərb müttəfiqləri bu münasibətləri son dərəcə narahatedici hesab edirlər.

“Bu, hamımızı çox narahat edir. Bu, alyans daxilində söhbət mövzusudur. İrana Ukraynaya qarşı hücumlarında və müharibəsində Rusiyaya maddi dəstək vermə təhlükəsi barədə siqnallar göndərməyə davam edəcəyik”, - Smit vurğulayıb.

Qərb rəsmiləri etiraf edirlər ki, Moskva İranın ballistik raketləri ilə bağlı mövqeyini dəyişə bilər, çünki öz sursatlarının çatışmazlığı kəskinləşir və yerli istehsal azalır.

Rusiyada idarəolunan raket və artilleriya ehtiyatları iki dəfə azalıb.

“Rusların vəziyyəti ağırdır. Onlara raket lazımdır”, Avropa rəsmilərindən biri deyib.

1990-cı illərdə tədarük edilən Rusiya texnologiyası sayəsində İran ballistik raket ehtiyatı yaradıb.

Moskva Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan bəri İran Rusiyaya silah tədarük etdiyini davamlı olaraq təkzib edir.

Tehran və Moskva Rusiyanın qabaqcıl silahlarını ballistik raketlərə dəyişdirməyi nəzərdən keçirib, amma Qərb rəsmiləri və analitiklərinin fikrincə, bu danışıqlar qismən belə bir razılaşmanın hər iki tərəf üçün potensial nəticələri səbəbindən dayanıb.

İranın “Fateh-313” və “Zülfüqar” ballistik raketləri müvafiq olaraq 500-700 km uçuş məsafəsinə malikdir. Bunlar Rusiyanın tükənmiş raket imkanlarına üstünlük olmasa da, çəki əlavə edəcəkdilər.

Ballistik raketlər haqda müzakirələr olub, amma hələlik bununla bağlı addım atmayıblar. Avropalılar bunun nəticələrinin çox ağır olacağını söylədilər. ABŞ da “qırmızı xətt”ini çəkib”, - Beynəlxalq Böhran Qrupunun İran layihəsinin direktoru Əli Vaezi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər