Ukrayna ordusu son sutka ərzində Rusiya işğalçılarının 140-dan çox hücumunu dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
İşğalçılar əsas səylərini Kupyan, Liman, Baxmut, Avdiv və Şaxtyor istiqamətlərində hücum əməliyyatları keçirməyə cəmləşdirirlər.
Baxmut istiqamətində düşmən xeyli itki verməsinə baxmayaraq, şəhər və ətrafına hücumlarını davam etdirir. “Son sutka ərzində düşmən təkcə Dubovo-Vasilivka kəndi yaxınlığında 37 hücum həyata keçirib”.
İşğalçılar Biloqorivka, Fedorivka, Zalijniansk, Yaqidne və İvanovske yaşayış məntəqələri ərazilərində də hücuma keçsələr də, uğursuzluğa düçar olublar.
Ruslar Avdiv və Şaxtyor istiqamətlərində Donetsk vilayətinin Novokalynove, Krasnoxorivka, Kamianka, Severne, Pervomaiske, Nevelske və Marinka yaşayış məntəqələri istiqamətində uğursuz hücum əməliyyatları keçiriblər.
İşğalçılar Kupyansk və Limansk istiqamətlərində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışır, həmçinin Xryanikyika, Nevske, Biloqorivka və Fedorivka yaşayış məntəqələri istiqamətində uğursuz hücum hərəkətləri keçirir.
Baş Qərargah qeyd edir ki, düşmən Zaporoje və Xerson istiqamətlərində özünümüdafiə mövqeyinə keçib.