Ukrayna müdafiə qüvvələri son sutka ərzində işğalçılara xeyli itki verərək, düşmənə məxsus bir SU-25 təyyarəsini, 2 zenit müdafiə sistemini və işğalçıların bir RLS-ni məhv ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Bundan başqa, rus ordusunun nəzarət məntəqəsi, canlı qüvvəsinin cəmləşdiyi 8 ərazi, atəş mövqelərindəki artilleriya bölməsi və sursat anbarı da məhv edilib.
“Hərbi Hava Qüvvələri son sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 15, həmçinin atəş mövqeyində olan zenit-raket kompleksinə zərbələr endirib. Müdafiəçilərimiz “Şahid-136” (İran istehsalı) pilotsuz uçan aparatlardan əlavə, ötən gün ərzində düşmənin SU-25 təyyarəsini və 8 ədəd müxtəlif təyinatlı dronunu vurub”, - məlumatda bildirilir.
Bundan başqa, Ukrayna raket qoşunlarının bölmələri və artilleriya bölmələri işğalçıların komanda məntəqəsinə, canlı qüvvəsinin cəmləşdiyi 8 əraziyə, 2 zenit müdafiə qurğusuna, atəş mövqelərindəki artilleriya bölməsinə, sursat anbarına və radiolokasiya stansiyasına zərbələr endirib.