7 Mart 2023 10:47
2 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Hulki Cevizoğlu Türkiyə müxalifətinin “Altılıq Masası” blokundakı gərginliklə bağlı maraqlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, İYİ partiya sədri Maral Akşənərin “Masa”ya qayıtması ilə bağlı danışan Cevizoğlu baş verənlərlə bağlı tamamilə başqa ismə diqqət çəkib.

Cevizoğlunun açıqlaması belədir:

“İstefasını gözləyin, demək ki, nəsə bilirik. Bu axşam Maral Akşənərin istefasını gözləmək olar. Bu gecə olmasa da, sabah gözləyin. Ya da orada baş verən qarşıdurmaları izləmək lazımdır.

Burada yeganə xoşbəxt insan Kılıçdaroğlu ilə birlikdə bütün masanı dizayn edən Davudoğlunun özüdür. Düşünürəm ki, Kılıçdaroğlu seçiləcəyi təqdirdə I vitse-prezident olacaq. Davudoğlu o masanı öz ambisiyaları ilə bu duruma gətirən insanlardandır.

Görün nə (Akşənər) demişdi: “Notarius masasına oturdu, imzalatdırdılar, tələ qurdular, çağırdılar”.

Yeməkdə onu siyasi cəhətdən zəhərlədilər. Akşənərə o gün və dünən dediklərini hansı xarici və daxili qüvvə uddurdu? Təhdidlərə məruz qalır? Şantaj edirlər? Yoxsa nəsə söz veriblər? Bunun vəd olduğunu düşünmürəm”.

Jurnalist İYİ partiya sədrinin təhdid olunduğunu iddia edir:

“Cəmiyyətin Maral Akşənərdən gözlədiyi və gözləməli olduğu açıqlaması var. Məsələn, deyə bilər ki, məni şantaj etdilər. Əksini də deyə bilər: “Heç bir təzyiq olmadan qayıdıb masada oturdum”.

Hansını deyir, desin, millət bu ifadəni onun ağzından eşitməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər