“Boko Haram” və ISWAP terror təşkilatları arasında Nigeriyanın şimal-şərqində baş verən qarşıdurmalarda 200 terrorçu ölüb.
Teleqraf.com xəbər verir ki, ölkənin kəşfiyyat xidmətinin rəsmi nümayəndəsi Zaqazola Makama qarşıdurmanın Qudumbali-Kukava vilayətində baş verdiyini açıqlayıb.
Makama qarşıdurmalarda aralarında uşaq və qadınların da olduğu 200 terrorçunun öldürüldüyünü, çoxlu sayda terrorçunun isə yaralandığını bildirib.
“Boko Haram”ın qurucusu Məhəmməd Yusifin oğlu Əbu Musab əl-Bərnavi atasının 2009-cu ildə ölümündən sonra terror təşkilatının sükanı arxasında keçmişdi.
2016-cı ildə “Boko Haram”da başlayan liderlik davası təşkilatın Bərnavi və Əbu Bəkr Şekau arasında parçalanmasına səbəb olub. Şekau “Boko Haram”a rəhbərlik edərkən, Bərnavi ISWAP-ı quraraq fəaliyyətini davam etdirir.
Ölkədə 2000-ci illərin əvvəllərindən “Boko Haram” terror təşkilatının təşkil etdiyi kütləvi qanlı aktlarda 20 mindən çox insan həlak olub.