7 Mart 2023 17:11
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya kəşfiyyatı Şimali Koreya lideri Kim Çen Inın şəxsi həyatı ilə bağlı diqqətçəkən iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Cənubi Koreyanın rəsmi xəbər agentliyi “Yonhap” ölkənin Milli Kəşfiyyat Xidmətinin bir məlumatını yayıb.

Kəşfiyyat Kim Çen Inın ilk övladının oğlan olduğunu iddia edir.

Şəxsi həyatını gizlədən və haqqında məhdud məlumata malik Kim Çen Inın üçüncü övladının olduğu da bildirilir. Cənubi Koreya kəşfiyyatı üçüncü uşağın cinsinin məlum olmadığını qeyd edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər