“Rusiya Çeçenistan və ya Əfqanıstandakı kimi Ukraynada bataqlığa düşüb”.
Teleqraf.com xəbər verir ki, bunu Polşa müdafiə naziri Mariuş Blaşçak deyib.
Nazir müharibənin bitməsinin şərtləri haqda danışmağın çətin olduğunu da bildirib:
“Bu, çətin sualdır. Qüvvələr və vasitələrin həcmindən və hazırda Ukraynada döyüş əməliyyatlarının aparılma tərzindən başlayaraq, qorxuram ki, söhbət həftələr yox, aylardan gedir. Rusiya Ukraynada bataqlığa düşüb - əvvəllər Çeçenistan və Əfqanıstanda olduğu kimi. Eyni zamanda, indi müharibədən çəkilmək Kremlin səhvini etiraf etmək və bu vəhşi hücumun nəticələri ilə üzləşmək zərurətini ifadə etmək olardı”.
Blaşçakın fikrincə, Ukraynaya hərbi yardım və təcavüzkara iqtisadi təzyiq işğalçılara qarşı mübarizənin ən effektli formasıdır:
“Ukraynanı dəstəkləməkdən yorğun düşməməliyik və bu məsələdə azad olmalıyıq, çünki bu xalq həm də bizim, Avropanın azadlığı və dəyərləri uğrunda mübarizə aparır”.