8 Mart 2023 00:28
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen NATO-nun yeni baş katibi postuna namizəd ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, Leyenin yenidən Avropa Komissiyasına üzv seçilməməsi şərti ilə baş verəcək:

“Fon der Leyen artıq bir neçə həftə əvvəldən belə bir gəlişməyə hazırlaşmağa başlayıb”.

Norveçli Yens Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Onun səlahiyyət müddəti 2022-ci ilin sentyabrında başa çatmalı idi. Amma Ukraynadakı müharibə ilə əlaqədar NATO komandanlığı bu müddəti 2023-cü ilə qədər uzadıb.

Fevralın 4-də Norveç hökuməti Stoltenberqin vəzifəsini tərk edərək növbəti 6 il ərzində Norveç Milli Bankına rəhbərlik edəcəyini açıqlayıb . Eyni zamanda, “Röyter” onun 2024-cü ilin aprelinə qədər NATO-da qalacağını iddia edir.

Keçən il Ukrayna əsilli bir qadının NATO-nun yeni baş katibi ola biləcəyi xəbəri yayılmışdı. Mümkün namizədlər arasında baş nazirin müavini, Kanadanın maliyyə naziri Kristiya Frilandın adı vardı.

“The Telegraph” isə Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun bu posta keçəcəyini yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər