BMT Baş katibi Antoniu Quterreş Ukraynada səfərdədir.
Teleqraf.com xəbər verir ki, Baş katib martın 8-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
O, Zelenski ilə Qara dəniz taxıl təşəbbüsünün bütün aspektləri üzrə davam etdirilməsi, eləcə də bölgədə cərəyan edən digər müvafiq məsələləri müzakirə edəcək.
Quterreş martın 9-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına qayıdacaq.
Qeyd edək ki, bu, Baş katibin son bir ildə Ukraynaya üçüncü səfəridir