“İmarət Qafqaz”ın Dağıstan üzrə qazısı Əbu Osman İŞİD-ə qoşulan əmirləri xain adlandırıb.
Axar.az xəbər verir ki, Əbu Osmanın səsyazısı Dağıstan mücahidlərinin saytlarında yerləşdirilib.
Əbu Osman Dağıstan vilayətinin əmiri Əbu Məhəmməd Kadarskiyin bir müddət öncə Bağdadiyə beyət etməsinin mücahidlərin arasında fitnə salmağa yönəldiyini və xəyanət olduğunu söyləyib.
Qeyd edək ki, dünən “İmarət Qafqaz”ın Çeçenistanın şərqindəki əmiri Maxran və onun tabeliyində olan Vedensko sektorunun əmiri Usama İŞİD-ə beyət etmişdi. Bundan öncə isə Bağdadiyə Dağıstan vilayətinin əmiri Əbu Məhəmməd tabe olduğunu bildirmişdi.
Xatırladaq ki, bir müddət öncə “İmarət Qafqaz”ın rəhbəri Əli Əbu Məhəmməd İŞİD-i tanımadığını bəyan etmişdi.
Səsyazısını təqdim edirik: