8 Mart 2023 08:29
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Miloş Zeman Çexiya prezidenti postundan gedir.

Teleqraf.com-un məlumatına görə, şərşənbə günü onun dövlət başçısı kimi ikinci beşillik mandatı başa çatır, və növbəti gün, cümə axşamı, onun varisi, ordunun istefada olan generalı Petr Pavelin Praqa qəsrində inaqurasiya mərasimi keçiriləcək.

Bir çox çex politoloqu və mediası Zemanın onillik prezidentliyi, xüsusən də onun xarici siyasətini tənqid edir. Bundan əvvəl o, Çexiya ilə Rusiya arasında ilk növbədə iqtisadi sahədə əlaqələrin inkişafının tərəfdarı olsa da, 2022-ci il fevralın 24-dən sonra yanaşmasını yenidən nəzərdən keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər