8 Mart 2023 16:21
3 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısıdır, həm də Rusiya neftinin əsas alıcısıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Röyter” agentliyi yazır.

Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən kütləvi sanksiyaları beynəlxalq neft ticarətində dolların uzun müddətdir hökmranlığını sarsıtmağa başlayıb. “Röyter” bildirir ki, Rusiya üçün dəniz yolu ilə neft satışının əsas bazarı olan Hindistanla müqavilələrin əksəriyyəti dollarla deyil, digər valyutalarla bağlanır.

Məlumatda deyilir ki, Hindistan neft idxalına görə dünyada üçüncü yerdədir və Moskvaya qarşı sanksiyaların artırılmasından sonra Rusiya onun aparıcı təchizatçısına çevrilib.

Neftin qiymət tavanı tətbiq edildikdən sonra hindistanlı istehlakçılar Rusiya neftinin əsas hissəsini BƏƏ dirhəmləri də daxil olmaqla qeyri-dollar valyutası ilə, son vaxtlar isə rus rublla ödəyirlər. Hindistan son üç ayda Rusiya neftinə bir neçə yüz milyon dollar xərcləyib.

“Röyter” iddia edir ki, Rusiya nefti üçün dirhəmlə ödənişlər ABŞ və Böyük Britaniyanın sanksiyalarını çətinləşdirə bilər.

Neftin dollarla ödənilməsi onilliklər ərzində demək olar ki, universal praktika olub. SWIFT ödəniş sisteminin yanvar ayı üzrə məlumatına görə, beynəlxalq ödənişlərin ümumi həcmində bu valyutanın payı 40 faiz təşkil edir.

Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar olaraq təcavüzkar ölkəyə qarşı görünməmiş sayda sanksiyalar tətbiq olunub. Sanksiya paketlərindən birinin tərkib hissəsi kimi 5 dekabr 2022-ci il tarixində neft qiymətinin tavanı müəyyən edilib. Bu o deməkdir ki, xammalın barreli 60 dollardan baha daşınması və sığortalanması qadağandır. Fevralın 5-dən Rusiyadan neft məhsullarının alınmasına qadağa qüvvəyə minib.

Sanksiyalara cavab olaraq Rusiya Prezidenti Vladimir Putin tavan qiymətlərlə neft ixracını qadağan edib.

Martın 6-da Rusiyanın nefti xərcləyə bilmədiyi valyutaya satdığına dair məlumat yayıldı. Hindistanın tənzimləyici qurumları Rusiya nefti üçün ödənişi rupi ilə almış rus şirkətlərinə onu Moskva birjasında alqı-satqısına və onu rubla çevirməsinə icazə vermir. Hindistanın valyutası qaydaları Hindistandan kənarda rupi ilə hesablaşmaları məhdudlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər