28 Dekabr 2014 08:05
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının silahlıları Kamerunda kəndə hücum ediblər.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində azı 30 dinc sakin öldürülüb.

Məlumata görə, silahlıların hücumuna Kamerunun şimalında Nigeriya sərhədindən bir neçə kilometr aralıda yerləşən Mbalyuel kəndi məruz qalıb.

Öldürülənlərin sayının artacağı istisna olunmur. Onların hamısının dinc sakin olduğu bildirilir.


Müəllif:

Oxşar xəbərlər